USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BlackBerry geri qayıdır - VİDEO

20.08.2020 İqtisadiyyat
0 0
Bu ilin əvvəlində Çinin TCL şirkəti BlackBerry smartfonlarının istehsalatının və satışlarının dayandırılmasını elan etmişdi. Lakin heç gözlənilmədən yeni BlackBerry modelinin satışa çıxacağı anons edilib. Yeni smartfon fiziki klaviatura həvəskarlarının zövqlərini oxşamalıdır. Bu barədə 9to5google saytı xəbər verib. BlackBerry smartfonlarını bundan sonra OnwardMobility adlı yeni şirkət satışa çıxardacaq. Bu barədə məlumat şirkətin Youtube kanalında verilib.

Qeyd etmək lazımdır ki, bu şirkət 1 ildirki mövcuddur və onun tərkibində mobil, korporativ sahələrin veteranları çalışırlar. Şirkətin saytında qeyd olunmuş məlumata əsasən o, ən təhlükəsiz mobil cihazları təqdim etmək niyyətindədir. Qeyd etmək lazımdır ki, BlackBerry smartfonlarının yaradılması və istehsalı ilə FIH Mobile Limited şirkəti məşğul olacaq.

O isə Foxconn şirkətinin strukturuna daxil olan şirkətdir. Artıq elan olunub ki, 2021-ci ildə Android əməliyyat sistemi vasitəsilə çalışacaq yeni BlackBerry smartfonu satışa çıxacaq. Həmin smartfon QWERTY klaviatura ilə təchiz olunacaq 5G şəbəkəsini dəstəkləyəcək. OnwardMobility şirkətinin bəyanatların əsasən o, daha çox BlackBerry modelini satışa çıxartmaq istəyir.

  • Əvvəlki

    ABŞ-dan Cənub Qaz Dəhlizi barədə açıqlama

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0