USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

600 minlik vergi borcu olan şirkət tenderin qalibi oldu

24.08.2020 İqtisadiyyat
0 0
"Cəlilabad Müalicə Diaqnostika Mərkəzi" lift xidməti üzrə keçdirdiyi kotirovka sorğusunun nəticəsini açıqlayıb.

"Kommersant.az" MediaPost-a istinadən xəbər verir ki, 5400 manatlıq müqavilənin qalibi "Harmony İndustrial Construstion and Engineering Group" MMC olub. Şirkətlə müqavilə avqustun 22-də bağlanıb və xidmət ilin sonuna qədər göstəriləcək.

Qeyd edək ki, MMC-nin böyük həcmdə vergi borcu yaranıb. Dövlət Vergi Xidmətindən "MediaPost"a bildirilib ki, şirkətin ümumi vergi öhdəliyinin həcmi 597 min 589 manatdır.