USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ali məktəblərə qəbul olmuş tələbələrin - NƏZƏRİNƏ

30.11.2020 İqtisadiyyat
0 0
Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 1-dək davam etdirir.

"Kommersant.az" xəbər verir ki, cari tədris (2020/2021-ci) ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbələrdən, eləcə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrdən xahiş olunur ki, qeyd edilən tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərin edilməsini yekunlaşdırsınlar və natamam müraciətləri tamamlayaraq onları təsdiq etsinlər.

Qeyd edək ki, Təhsil Nazirliyi 30 sentyabr 2020-ci il tarixindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə cari tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib. Hazırda müraciətlərin qəbulu və emalı prosesi davam edir.

  • Əvvəlki

    Ayda 297 manat kirayə ödəyərək ev sahibi ola bilərsiniz - QİYMƏT VƏ ÜNVANLAR

Digər xəbərlər

03.05.2024 İqtisadiyyat
“Apple”ın gəlirləri azalıb
0 0
02.05.2024 İqtisadiyyat
Uberə qarşı 10 milyard 145 milyonluq iddia
0 0