USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə Azərbaycana dənli və paxlalı bitkilərin satışını artırıb

30.11.2020 İqtisadiyyat
0 0
2020-ci ilin ilk 10 ayında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 84.056 milyon dollar təşkil edib.

"Kommersant.az" Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir ki, dənli və paxlalı bitkilərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,76 faiz artıb.

Oktyabr ayında isə Türkiyədən Azərbaycana 8.607 milyon dollara dənli və paxlalı bitkilər ixrac edilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu 4,4 faiz artım deməkdir.