USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Türk ordusunun Qarabağda olması regional təhlükənin qarşısını ala bilər” - Deputata CAVAB

04.12.2020 İqtisadiyyat
0 0
"Rasim Musabəyov öz fikrini şərh edib, əsaslandırsa yaxşı olar. Türk ordusunun Qarabağda olmasında heçbir problem görmürəm".

Bunu Sfera.az-a politoloq Zərdüşt Əlizadə deputat Rasim Musabəyovun Rusiyanın NTV kanalında səsləndirdiyi fikirlər barədə danışarkən deyib:

"Türk hərbçilərinin Qarabağda yerləşdirilmsəi təbiidir və burada regional problem görmürəm. Rus sülhməramlıları ermənilər yaşayan ərazidə yerləşir, Azərbaycan onların təchizatına yardım göstərir. Eyni zamanada Azərbaycan Türkiyə ilə saziş imzalayaraq, türk əsgərlərinin Qarabağda yerləşdirilməsini təmin edə bilər".

Politoloq Qarabağda olan türk ordusunun rus sülhməramlılarının əsassız iddialarını zərərsizləşdirəcəyini deyib: "Türk ordususunun Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl və Ağdamda yerləşməsinə nə hüquqi, nə siyasi, nə də maddi baxımdan problem var. Əksinə, onu deyim ki, türk ordusunun Qarabağda olması regional təhlükənin qarşısını ala bilər, nəinki təhlükəyə yol açmaq. Belə ki, türk ordusu rus sülhməramlılarının əsassız iddialarını zərərsizləşdirə bilər".

Qeyd edək ki, deputat Rasim Musabəyov Rusiya kanalına müsahibəsində Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu və əks təqdirdə bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini bildirib.

  • Əvvəlki

    Mehriban Əliyeva: “Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq”

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0