USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Silahlı Qüvvələrə yardım Fondu ləğv edildi

08.12.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

"Kommersant.az" xəbər verir ki, fərmana əsasən, Azərbaycan Ordusuna Yardım Fondu yaradılır. "Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə" təsdiq edilir.

"Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 475) ləğv edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.