USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Xankəndidə Azərbaycan bayraqları asılacaq deyirlər”

17.12.2020 İqtisadiyyat
0 0
Hava çox soyuqdur. Xankəndinin mərkəzi meydanıa avtobuslar gəlməyə başlayır. Az sonra meydan qaçqınlarla, onların ailə üzvləri və qohumları, taksi sürücüləri ilə dolur. Qucaqlaşmalar, ağlaşmalar, qışqırıq, çaşqınlıq. Meydanın hər yerində çantalar, bağlamalar, qutular. Onların yanında duranlar sanki keşik çəkirlər.

Yerdə qalanlarsa ailə üzvlərini, qohumlarını, dostlarını, taksi sürücülərini arayırlar.

Qarabağlı ermənilər Xankəndinə qayıdırlar.

... Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanandan sonra Qarabağda Vətən Müharibəsi başa çatdı. 44 günlük savaşda məğlub olan və kapitulyasiya edən Ermənistanda indi revanşist meyllər çox güclənib.

Ermənilər sosial şəbəkələrdə yeni savaş istədiklərini, bu savaşa hazırlaşdıqlarını deyirlər.

Reallıq isə tam fərqlidir.

Ordusu darmadağın edilmiş Ermənistan 28 il işğalda saxladığı və indi azad edilən Qarabağdakı ermənilərə belə, yardım edə bilmir.

Savaş günlərində Ermənistana qaçan qarabağlı ermənilər orada çox soyuq, laqeyd münasibətlə, ayrı-seçkiliklə qarşılaşdıqlarını, rəsmi İrəvanın onlara yardım etmədiklərini deyirlər.

Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin diaspor təşkilatının yolladığı milyonlarla dollar, habelə "Hayastan" Ümumerməni Fondunun hesablarına köçürülən və Ermənistana göndərilən 130 milyon dollar qarabağlı ermənilərdən yan keçib.

Köməksiz və naçar qalan qarabağlı ermənilər geriyə, Qarabağa qayıtmağa üstünlük verirlər.

Noyabrın 14-dən bəri 40379 erməni Dağlıq Qarabağa qayıdıb. Onlar Rusiyanın sülhməramlı kontingentinin nəzarətindəki ərazilərdə məskunlaşırlar.

Onların tam əksəriyyəti durumlarından narazıdır.

64 yaşlı Qayane Asatryan da İrəvandan Xankəndinə qayıdıb. O, qarabağlı ermənidir.

"Qayıtmışıq, amma qorxuruq. Qorxu və təşviş hissləri var. Çox qorxuruq. Dörd tərəfimiz türklərdir. Bundan sonra necə yaşayacağıq, bilmirəm. Gecə də, gündüz də qorxacağıq. Özümüzü asudə, rahat hiss etməyəcəyik", - Q.Asatryan deyib.

Xankəndinə dönən qarabağlı ermənilərin dediklərinə görə, rusiyalı sülhməramlılar olsa da, özlərini rahat hiss etmirlər.

53 yaşlı Nerses Abramyan deyir: "Artıq heç nə əvvəlki kimi olmayacaq. Rusiyalılar burada əbədi qalan deyillər. Onlar gedəndən sonra nə olacaq?! Az sonra şəhərdə Azərbaycan bayraqları asılacaq deyirlər..."Milli.az

  • Əvvəlki

    Qaz və işıq limiti ilə bağlı açıqlama

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0