USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bu il yataqlar hərrac qaydası ilə istismara veriləcək”-Nazirlikdən açıqlama

13.01.2021 İqtisadiyyat
0 0
“Bu ildən etibarən yer təki istismarçının vahid pəncərə sistemi yaradılacaq. Bu da mineral-xammal innovativ layihələrindən biridir. İstismarçı burada öz profilini, ödənişlərini, özünə aid bütün məlumatları görəcək. Bu məlumatlar elektron hökumət portalına inteqrasiya olunacaq və şəffaf şəkildə izlənilə biləcək”

"Kommersant.az" xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib. O həmçinin bildirib ki, 2021-ci ildən yer təki sahələrinin istismara verilməsi hərrac qaydasında nəzərdə tutulub. Bununla bağlı ETSN tərəfindən müvafiq yer təki sahələri də seçilib:

"Hazırda istismara hazır olan yataqlar müvafiq icra hakimiyyəti qurumları tərəfindən razılaşdırılma mərhələsindədir. Bu proses başa çatdırılandan sonra ictimaiyyətə geniş məlumat veriləcək. Həmçinin nazirliyin rəsmi saytında da hərraca çıxarılacaq yataqlar barədə məlumat yerləşdiriləcək".

S. Qurbanov qeyd edib ki, həmçinin dağ-mədən ayrılması da iki yolla ayrılır: hərrac-müsabiqə və danışıqlar keçirilməsi yolu ilə: "Əgər yatağın ehtiyat həcmi 50 min kub metrdirsə, ona uyğun inkişaf planı hazırlanır, 50 min kub metrdən artıqdırsa, istismar layihəsi hazırlanır. Burada istismar həcmlərinə diqqət etmək lazımdır. Normadan artıq qazmağa icazə verilmir. İstismarın düzgün aparılıb-aparılmadığı dəqiqləşdirilir və bunun əsasında fəaliyyətə qiymət verilir. Dağ-mədən ayrılması faydalı ehtiyatları sübut edilən ərazilərə verilir. Bu hərrac-müsabiqə və danışıqlar keçirilməsi yolu ilə mümkündür".

  • Əvvəlki

    Toylarla bağlı açıqlama: 100 nəfərlik...

Digər xəbərlər

05.11.2024 İqtisadiyyat
Cənubi Koreyada inflyasiya yavaşlayıb
0 0
05.11.2024 İqtisadiyyat
Fransanın sənaye istehsalı azalıb
0 0