USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rayonlara gediş-gəlişlə bağlı açıqlama

13.01.2021 İqtisadiyyat
0 0
Koronavirusa gündəlik yoluxma, eyni zamanda aktiv xəstə sayında nəzərə çarpacaq dərəcədə azalma olarsa, sərt karantin qaydaları yumşaldıla bilər.

"Kommersant.az" xəbər verir ki, ölkə ərazisində karantin qaydalarının yumşaldılması məsələsi geniş müzakirə olunan məqamlardan biridir. Məsələyə aydınlıq gətirən Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib ki, sərt karantin qaydaları mərhələli şəkildə aradan qaldırılmalıdır:

"Bu gün ölüm sayına baxanda həyatını itirənlərin böyük hissəsi yanaşı xəstəliyi olan və ya yaşlı şəxslərdir. Təbii ki, sərt karantin tədbirləri mərhələli şəkildə aradan götürülməlidir. Birdən-birə karantin tədbirlərinin götürülməsi xəstələrin sayının yenidən artmasına səbəb ola bilər.

Sərt karantin tədbirləri mərhələli şəkildə aradan qaldırıldığı zaman 65 yaşdan yuxarı insanların evdə oturması məsləhətdir. Bu, əsas faktorlardan biridir. İnsanlar anlamalıdır ki, yanaşı xəstəliyi olanlar özlərini müəyyən qədər təcrid etməlidirlər.

Bu gün statistikaya baxsaq görərik ki, ümumi yoluxanların 50-52 faizi Bakı şəhərinin payına düşür. Bu səbəbdən də Bakıda giriş-çıxışın açılması məqsəduyğun olmazdı".Baku.ws

  • Əvvəlki

    Azərbaycanda şübhəli tender: Odunla isidilən xəstəxana...

Digər xəbərlər

05.11.2024 İqtisadiyyat
Cənubi Koreyada inflyasiya yavaşlayıb
0 0
05.11.2024 İqtisadiyyat
Fransanın sənaye istehsalı azalıb
0 0