“ATEF Şirkətlər Qrupu”nun dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
"Kommersant.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlərə istinadən xəbər verir.
Məlumata əsasən, "ATEF Şirkətlər Qrupu"nun vergi borcu 13 696 manatdır.
Xatırladaq ki, "ATEF Şirkətlər Qrupu" 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətlər qrupunun nizamnamə kapitalı 33 892 585 manatdır və qanuni təmsilçisi Emil Əlixanbəyovdur.