USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bir ovuc qar Bakını niyə iflic edir? - Sabiq deputat

25.02.2021 İqtisadiyyat
0 0
"Yerli icra hakimiyyəti strukturları ləğv olunmalıdır".

Bunu açıqlamasında iqtisadçı alim, sabiq deputat Nazim Bəydəmirli Bakı İcra Hakimiyyətinə məxsus 50-dən çox qar təmizləmə texnikanın olması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, yerli bələdiyyələr bu görəvi öz üzərinə götürməlidirlər:

"Mən 8-ci km. qəsəbəsində yaşayıram. Fevralın 24-də Qara Qarayev prospekti boyunca və digər küçələrdə, eləcə də "Neftçilər" dairəsində nə bir qar təmizləyən texnika görmüşəm, nə də onların hansısa əməkdaşlarını. Müəyyən bir müddətdən sonra Qara Qarayev prospektində qarın üstündə duz-qum qarışığı kimi nəsə səpmişdilər. Amma yol palçıq idi, onun da keyfiyyəti ortada idi. Əslində proses belə olmalıdır. Birinci qar kombayn tipli texnikalarla təmizlənilir, başqa bir maşına yüklənilir və oradan çıxarılıb şəhərdə kənar yerə tökülür. Hesab edirəm ki, bu məsələni yerli icra hakimiyyətləri deyil, yerli bələdiyyələr öz üzərinə götürməlidirlər. Türkiyədə, İstanbulda və Qərb ölkələrindəki kimi bələdiyələr də xalq tərəfindən seçilməli və sakinlər qarşısında cavabdehlik daşımalıdır. Onların yaşayışını yaxşılaşdırmaq üçün müxtəlif addımlar atırlar, gecəni-gündüzə qatıb işləyirlər".

Nazim Bəydəmirlu Azərbaycanda da belə yönətimlərin olmasını arzu etdiyini qeyd edib:

"Azərbaycan Avropa Şurasına daxil olan yeganə ölkədir ki, baş-ayaq qalıb, bir yerli və böyük şəhər bələdiyyəsini seçə bilmirik. Onlar yenə də təyin olunur. Təyin olunduqları səbəbindən də seçicilər qarşısında hesabatlı deyilər. Və belə də açıqlama verirlər, yalan danışdıqlarını bilirlər. Onu da bilirlər ki, buna görə onlara heç nə deyən olmayacaq".

Qeyd edək ki, Bakı İcra Hakimiyyətinə məxsus 50-dən çox qar təmizləmə texnikasının olduğu bildirilir. Bundan əlavə sürüşkən yollara səpilməsi üçün əlavə olaraq 5 min tondan çox texniki duz alındığı da qeyd edilib.

  • Əvvəlki

    Vilayət Eyvazov polkovnikə yeni vəzifə verdi

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0