USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda pensiyaçıların sayı və pensiyaların məbləği - AÇIQLANDI

01.04.2021 İqtisadiyyat
0 0
2021-ci il yanvarın 1-i vəziyyətinə 1 milyon 228,8 min pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,3 faizini təşkil edir.

Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, 2020-ci il yanvarın 1-i vəziyyəti üçün bu rəqəm 1 milyon 270,6 min nəfər olub.

Onların 58,3 faizi yaşa, 30,4 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 302,2 manat təşkil edib və orta aylıq əmək haqqının 42,7 faizinə bərabər olub.

  • Əvvəlki

    Azərbaycan xalis maliyyə öhdəliklərini 1 milyard dollardan artıq - Azaldıb

Digər xəbərlər