USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Karantindən sonra uşaqpulu yenidən - BƏRPA OLUNUR?

08.04.2021 İqtisadiyyat
0 0
Bu gün vətəndaşların çoxu uşaqpulunun yenidən bərpasını istəyir.Hətta Milli Məclisin deputatları plenar iclaslarda uşaqpulunun bərpa edilməsi ilə bağlı təkliflər də irəli sürüblər. Müxtəlif vaxtlarda uşaqpulunun bərpası məsələsi gündəmə gəlir.

Maraqlıdır karantin rejimi bitdikdən sonra uşaqpulu yenidən bərpa oluna bilərmi?

"Kommersant.az" Sonxeber.az-a istinadən xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov, ümumiyyətlə uşaqpulunun bərpa edilməsi məsələsinin uzun müddətdir ki, cəmiyyətdə müzakirə olunduğunu bildirib.

"Dəfələrlə də bu məsələ Milli Məclisdə həmkarlarım tərəfindən qaldırılıb. Komitə və plenar iclaslarda uşaqpulunun bərpası ilə bağlı məsələ müzakirə olunub. Bu məsələ elədir ki, mütləq şəkildə ciddi araşdırılmalı və öyrənilməlidir. Araşdıldıqdan sonra qərar qəbul edilməlidir” – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, ümumiyyətlə məsələ ilə bağlı qərar qəbul edilən zaman üstünlükləri, yarada biləcək çətinliklər və bütün aspektlər araşdırılmalı, öyrənilməlidir:

“Ona görə də mən hesab edirəm ki, adiyyəti qurumlar real vəziyyəti təhlil edərək baxmalıdırlar. Ona uyğun da uşaqpulunun hansı formada bərpası ilə bağlı məsələsinə baxıla bilər. Gələcəkdə bu məsələ yenidən müzakirə olunması mümkündür. Daha çox bu səlahiyyətli qurumların və strukturların vəziyyəti təhlil etdikdən sonra qəbul edəcəyi qərardır. Bizim də yanaşmamız belə olmalıdır".