USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan əhalisi alış-verişə nə qədər pul xərcləyib? - FOTO

15.04.2021 İqtisadiyyat
0 0
2021-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,5 milyard manatlıq ərzaq və qeyri-ərzaq məhsulları satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövr ərzində 5,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,3 milyard manatlıq isə qeyri-ərzaq malları satılıb.

2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,7 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,1 faiz artıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Bu dövr ərzində 4 milyard 628,8 milyon manat dəyərində ərzaq məhsulları, 548,8 milyon manat dəyərində içki və tütün məmulatları, 1 milyard 559,6 milyon manat toxuculuq məhsulları, geyim və ayaqqabılar, 477,8 milyon manat dəyərindən elektrik malları və mebellər, 65,4 milyon manat dəyərində kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 216,1 milyon manat dəyərində əczaçılıq məhsulları və tibb ləvazimatları, 514,1 milyon manat dəyərində avtomobil benzini və dizel yanacağı, 1 milyard 514,2 milyon manatlıq digər qeyri-ərzaq malları istehlak edilib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,8 faizi içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 25,8 faizi ticarət müəssisələri, 50,1 faizi fərdi sahibkarlar tərəfindən, 24,1 faizi isə bazar və yarmarkalarda satılıb.

2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,3 faiz, fərdi sahibkarlar üzrə 3,7 faiz artıb, bazar və yarmarkalarda isə 16,3 faiz azalıb.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 318,1 manatlıq, o cümlədən 172,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,2 manatlıq qeyri-ərzaq malları alıb. //oxu.az

  • Əvvəlki

    Azərbaycan dənizdəki küləkdən enerji istehsal edəcək

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0