USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Adıgey Respublikasından Azərbaycana nə qədər məhsul ixrac olunub? - RƏSMİ

19.04.2021 İqtisadiyyat
1 0
Bu ilin I rübündə Azərbaycan Rusiyanın Adıgey Respublikasının kənd təsərrüfatı məhsulları üzrə əsas idxalçı ölkələr sırasına daxil olub.

"Kommersant.az" “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin hesabatında qeyd olunur.

Hesabat dövründə respublikadan ümumilikdə 3,1 mln. ABŞ dolları dəyərində 3,2 min ton məhsul ixrac olunub. Bu müddət ərzində Azərbaycana 0,6 mln. dollar dəyərində məhsul ixrac olunub.

Həmçinin ölkəyə dəyəri 0,5 mln. dollar təşkil edən heyvan və bitki mənşəli yağlar tədarük olunub.

Azərbaycana ixrac olunan məhsullar strukturuna alkoqollu və alkoqolsuz içkilər, sirkə, dənli məhsullar, un, nişasta, un qənnadı məmulatları da daxil olub.

  • Əvvəlki

    Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi - FOTO

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0