USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiyməti “OPEC+” gözləntiləri fonunda yüksəlir - ANALİZ

20.04.2021 İqtisadiyyat
0 0
Dünya bazarında neft qiymətləri artmaqdadır. Buna səbəb “OPEC+” təşkilatının apreldə yalnız monitorinq komitəsinin iclası ilə kifayətlənəcəyinə dair xəbərlər olub.

"Kommersant.az" Report.az-a istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyun fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 08:38-də 1,01 faiz artaraq 67,73 dollar səviyyəsində qərarlaşıb.

Bu arada WTI neftinin iyun fyuçersləri 0,99 faiz, may fyuçersləri isə 0,84 faiz bahalaşaraq bir bareli müvafiq olaraq 64,06 və 63,91 dollara satılıb.

Bir qədər öncə “Bloomberg” agentliyi xəbər verib ki, “OPEC+” aprelin 28-də təşkilatın ümumi iclası olmadan yalnız monitorinq komitəsinin iclasını keçirməyin mümkünlüyünü müzakirə edir. Bundan əlavə, təşkilatın üç nümayəndəsi agentliyə bildirib ki, neft hasilatının planlaşdırılmış artımında hər hansı bir dəyişiklik gözlənilmir.

“The Wall Street Journal” nəşri də analitiklərə istinadən xəbər verib ki, “OPEC+”in tam görüşdən imtina etmək niyyəti barədə məlumatlar səhər saatlarında neft qiymətlərini dəstəkləyib.