USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Misin qiymətinin bahalaşmasından sonra Azərbaycana valyuta axını kəskin artır

14.06.2021 İqtisadiyyat
0 0
Azərbaycan 2021-ci ildə qiyməti kəskin bahalaşan mis metalından hazırlanan məhsulların xaricə ixracından valyuta gəlirlərini xeyli artırıb. Azərbaycan rəsmi olaraq mis məhsullarının qiymət indekslərində 36% artım dinamikası müşahidə edilib.

“Kommersant.az” xəbər verir ki, 2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan xaricə 2 516 ton həcmində mis məhsulları ixrac edilib. Bu ixrac edilmiş məhsulların dəyəri 16.87 mln. ABŞ dolları təşkil edib.

Yəni, ixracın miqdar həcmi 2020-ci ildəkindən 2 dəfə artdığı halda, dəyər baxımından 3 dəfə çox təşkil etmişdir.

İxracın dəyər həcmindəki artımı tətikləyəm əsas amil isə qiymətli metaldan düzəldilən yivli məhsulların ixrac dəyərinin 2.63 milyon dollardan 5.06 milyon dollara və saflaşdırılmış misdən vayerbarsların 0.63 milyon dollardan 2.3 milyon dollara qədər artmasıdır.

Qeyd edək ki, birjalarda misin qiyməti son bir il ərzində (2020-2021-ci ilin aprel ayları) 4 806 dollar/tondan 9 129 dollar/tona qədər bahalaşma yaşayıb.

  • Əvvəlki

    Bitkoin 10 faizdən çox bahalaşıb

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0