USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitkoin 10 faizdən çox bahalaşıb

14.06.2021 İqtisadiyyat
0 0
Ən geniş yayılan kriptovalyuta olan bitkoinin məzənnəsi azalmadan sonra xeyli artıb.

Kommersant.az” Report.az-a istinadən xəbər verir ki, bitkoinin məzənnəsi 10,5 faiz qalxaraq 39 131 ABŞ dolları təşkil edib.

Bakı vaxtı ilə 03:58-ə olan hərrac nəticələrində kriptovalyuta 39 106 ABŞ dolları olub.

Bitkoinin bazar kapitallaşması 151,662 milyard ABŞ dollar təşkil edir.

Xatırladaq ki, aprelin 14-də bitkoinin məzənnəsi tarixi rekordunu növbəti dəfə yeniləyərək 64.854 ABŞ dollarından satılmışdı.