İdxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sisteminin tətbiq edəcək icraçı orqanlar müəyyənləşdirilib.
"Kommersant"-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamda öz əksini tapıb.
İcraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi, Vergilər və Maliyyə Nazirlikləri müəyyənləşdirilib.