FED faizləri qaldırmaq istəyir

12.01.2022 İqtisadiyyat
ABŞ-da inflyasiya göstəricilərinin yüksək olması və öncəki ay üzrə artımı ehtimalları ABŞ-da uçot faiz dərəcəsinin artımı üçün əsas drayver olaraq qalmaqdadır. Bunlara rəğmən ABŞ valyutası birjalarda müvəqqəti olaraq əsas altı rəqibi qarşında son iki ayın ən aşağı səviyyəsinə qədər azaldı.

Ötən gün Federal Ehtiyatlar Sisteminin sədri Ceremi Pouel, FED-in pul siyasətini sərtləşdirmə planlarını sürətləndirməyə tələsdiyinə dair heç bir aydın göstərici verməyib.

Lakin, Ceremi Pouel əsas açıqlaması bu oldu ki, yüksək inflyasiyaya qarşı tədbir olaraq ucuz pul siyasətinə son qoyulacaq. Yəni faiz artımı mümkündür, bu da öz növbəsində ABŞ valyutasını bahalaşdıra bilər.

Senat qarşısını hesabat verən sədr faizlərin bu il bəlkə yüksələ biləcəyini dilə gətirib. İnflyasiyanın hədəfin üzərinə yüksəlməsi, iqtisadiyyata güclü dəstək pul siyasətinə ehtiyacın olmadığını göstərir. Karantinlərdən çıxıb normal tədbirlərə qayıtmaqla, yüksək inflyasiyanın qarşısı alınacağı ehtimal edilir. Bununla yanaşı, virus böhranında geniş istiqraz alışı tədbirləri ilə 8.7 milyard dollara böyüyən balansın da kiçildilməsinə başlanılacaq.

Son həftələrdə ABŞ-ın faiz artımı gözləntiləri ilə bahalaşmaqda olan dolların son saatlarda əsas rəqibləri qarşısında zəifləməyə başladı.

2021-ci ilin noyabrında ABŞ-da istehlak qiymətlər indeksi orta illik 6.8% olduğu halda, dekabr ayına 7%-ə – son 30 ilin maksimum göstəricisinə yüksələcəyi proqnoz edilir. Bu göstərici yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.

ABŞ dollarının indeksi – hansı ki altı böyük iqtisadiyyatın valyutaları qarşında ölçməklə müəyyən edilir – bəzi saatlarda 95.535 səviyyəsinə qədər eniş edib. Bu da 2021-ci ilin noyabrından bu tərəfə ən aşağı performansdır.

“Goldman Sachs” proqnoz etmişdi ki, ABŞ FED-i 2022-ci ildə dörd dəfə faiz artımına gedə bilər, lakin FED rəsmləri bunun gözləniləndən daha az və daha ləng gedəcəyinə işarə etdilər.

  • Əvvəlki

    Bəzi banklar dollar satışını dayandırıb, devalvasiya ola bilərmi? - AÇIQLAMA

Digər xəbərlər

12.08.2022 İqtisadiyyat
Benzin və dizellə bağlı - MÜHÜM XƏBƏR
0 0
12.08.2022 İqtisadiyyat
Qazın qiyməti niyə bahalaşdı?
0 0
12.08.2022 İqtisadiyyat
Rayonlarda un qıtlığına səbəb nədir?
0 0