Bəzi banklar dollar satışını dayandırıb, devalvasiya ola bilərmi? - AÇIQLAMA

12.01.2022 İqtisadiyyat
"Bəzi bankların dollar satmaması, saxlaması devalvasiyadan xəbər vermir. Ola bilər ki, bəzi bankların problemləri var, dollar almağa vəsaitləri çatmır və s. müxtəlif səbəblər mümkündür. Nəzərə almaq lazımdır ki, bank nəzarəti alətlərindən biri də bankların valyuta mövqeyidir".

Bunu açıqlamasında hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, bəzi bankların valyuta məzənnəsinin Mərkəzi Bankla eynilik təşkil etməsi ciddi problem deyil və devalvasiyadan xəbər vermir: "Bu gün onsuz da Azərbaycanda dollar satışında problem olduğu aydındır. Artıq iki ildir ki, 20 min manatlıq limit tətbiq olunur. Bu, qanunsuzdur. Elə bir vəziyyət yaradıblar ki, milli valyutaya təsir etməməsi üçün dollar alışı az olsun. Bunu etməklə valyuta ehtiyatlarının azalmasının qarşısını alırlar. Çünki yalnız belə olan halda devalvasiya baş verməz".