USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BƏƏ şirkəti ilə SOCAR arasında treydinq əməkdaşlığı müzakirə olunub

24.06.2022 İqtisadiyyat
0 0
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin Milli Neft Şirkətinin sədri Saeed Məhəmməd Əhməd Əl Tayer ilə görüşüb.

Kommersant.az xəbər verir ki, nazir bu barədə öz rəsmi Twitter səhifəsində yazıb.

O qeyd edib ki, görüşdə SOCAR və ENOC arasında treydinq üzrə əməkdaşlıq, investisiya imkanlarının müəyyənləşdirilməsi və birgə layihələr üzrə perspektivlər barədə müzakirə aparılıb.