USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda strateji malların siyahısı hazırlanır

01.12.2022 İqtisadiyyat
0 0
Dövlət ərzaq ehtiyatları üç istiqamətdə - səfərbərlik, strateji və fövqəladə istiqamətlərdə tədarük ediləcək.

"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov bildirib.

Qeyd edilib ki, strateji istiqamətin özü də üç hissədən ibarətdir:

“Bura ərzaq ehtiyatı, tibbi dərman vasitələri ehtiyatı və enerji ehtiyatları daxildir. Azərbaycanda beynəlxalq təcrübədən istifadə etməklə Dövlət Ehtiyatları Konsepsiyası hazırlanıb. Bu konsepsiyaya uyğun olaraq qanun layihəsi işlənib-hazırlanıb, hazırda dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Hazırda strateji malların siyahısı hazırlanır. Bu, ərzaq məhsulları metodologiyasına əsasən həyata keçirilir. Burada əhalinin qida tələbatı, onların tərkibi və saxlanma müddəti nəzərə alınır”.

  • Əvvəlki

    Sabiq və indiki təhsil nazirləri niyə görüşüb? - Fotolar

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0