Sabiq və indiki təhsil nazirləri niyə görüşüb? - Fotolar

01.12.2022 İqtisadiyyat
Elm və təhsil naziri Emin Əmrullayev sabiq təhsil naziri, Azərbaycan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanovla görüşüb.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Emin Əmrullayev öz sosial şəbəkə hesabında paylaşım edib.

Nazir M. Mərdanovla yanaşı, sabiq rabitə naziri, hazırda İdarəetmə Sistemləri İnstitutunun baş direktoru olan Əli Abbasov və digər şəxslərlə də görüş keçirdiyini qeyd edib.

Görüş zamanı elmi-tədqiqat işləri, kadr hazırlığı, il ərzində nüfuzlu bazalara daxil olan jurnallarda çap olunmuş məqalələr, hazırlanan elmi jurnallar haqqında müzakirə aparılıb, mövcud laboratoriyalara baxış keçirilib.