USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

m10 un pulları necə mənimsənilib? - 2-Cİ HİSSƏ

10.02.2026 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi m10 şirkətinə kiberhücumlar olunaraq milyonlarla vəsaiti ələ keçirilib. Bu yazıda m10-un pullarının necə mənimsənildiyi barədə sizlərə qısaca məlumat verməyə qərar aldıq.

Kommersant.az xəbər verir ki, ölkə xaricindəki dələduzlar müxtəlif banklar vasitəsilə ölkəmizdə fəaliyyət göstərən m10 şirkətinə məxsus hesablara yüklü miqdarlarda pul vəsaiti göndərib. Buna misal olaraq Amerikanın “Bristol Morgan Bankı”nı göstərə bilərik. Eyni zamanda Ukraynadan da sözügedən şirkətin hesablarına daxil olan yüklü miqdarda vəsaitlər Azərbaycandakı vətəndaşlar tərəfindən “Kapital Bank” “Azərbaycan Beynəlxalq Bankı”nın plastik kartlarına transfer edilərək nağdlaşdırılıb. Bu şəxslər arasında xarici ölkələrdəki dələduzlarla əlbir olanlarla yanaşı zərərçəkmiş şəxslər də var. Məsələn, xarici ölkəyə tək ədədli əldən satılan məhsulun ödənişini qəbul edən və bunun oğurluq pul olduğunu bilməyən vətəndaşlar da mövcuddur.

Xarici ölkələrdən göndərilən vəsaitlər m10 hesablarına dərhal daxil olsa da, vəsaiti göndərən tərəfdə pulun statusu “icradadır” kimi görünüb. Bundan sonra m10 hesabındakı vəsait bank kartları vasitəsilə nağdlaşdırılır və göndərən tərəf icrada olan vəsaitini geri çəkib. Nəticədə m10 qəbul etmədiyi pulu müştərilərinə ödəyib. Bundan sonra təbii olaraq m10 hesablarını bloklayır və sonradan fəaliyyətini ölkədaxilində bərpa edərək bunu “texniki məsələ” adlandırır.

Məsələ burasıdır ki, sözügedən banklarda “Binance” kimi etibarlı maliyyə alətlərindən istifadə edərək kriptovalyuta alqı-satqısı edən vətəndaşlar da zərər çəkib və çəkməkdədir. Belə ki, vətəndaşlar kriptovalyuta satışından əldə etdikləri vəsaitləri çıxara bilmir və “Kapital Bank”dan onlara vəsaitin mənbəyini “sübut edin” cavabı verilir.

Məsələ ilə bağlı tərəfimizə yüzlərlə şikayət məktubu və eyni zamanda suallar daxil olub. Redaktə olunan sualların bir neçəsi “Kapital Bank”a ünvanlansa da, bankın “operativ şəkildə” (2 gün) verdiyi cavabların suallarımızla heç bir əlaqəsi olmadığını gördük. Buna görə də banka ünvanladığınız sualları və cavabı sizlərə digər yazıda poetik şəkildə təqdim etməyi qərara aldıq.

Qeyd edək ki, məsələni diqqətimizdən buraxmayacaq və hissəli şəkildə işıqlandıracağıq.

Ardı var...