USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Anomal istilər 18 nəfərin həyatına son qoyub

05.07.2018 İqtisadiyyat
0 0
Kanadada anomal istilərdən ölənlərin sayı 17 nəfərə çatıb.

Bu barədə "Globe and Mail" nəşri məlumat yayıb.

Məlumata görə, onlardan 12-i Monrealda ölüb. Burada havanın temperaturu 40 dərəcəni ötüb.

Digər mətbu orqanlar isə ölənlərin sayının hətta 18 nəfərə çatdığını xəbər veriblər. İsti hava şəraitinin cümə gününə qədər davam edəcəyi bildirilir.

Kanadanın Kvebek vilayətində ötən bazar qeydə alınmış anomal istilər 16 nəfərin həyatına son qoyub.

Bildirilir ki, onlardan 11-i vilayətin ən iri şəhərində Monrealda ölüb. Meqapolisdə isti hava şəraiti ilə əlaqədar təcili yardıma zənglər 30 faiz artıb.

Monrealda sonuncu dəfə normadan yüksək hava 2010-cu ilin yayında qeydə alınıb. Həmin vaxt anomal istilər 106 nəfərin həyatına son qoyub.