USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bu depozitlər azala bilər" - AÇIQLAMA

21.02.2023 İqtisadiyyat
6 0
"Depozitlərə tətbiq olunan vergilərin manatla olan əmanətlərin kəskin azalmasına səbəb olacağını düşünmürəm".

Kommersant.az xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli depozitlərə tətbiq olunan vergilərin əmanətlərin həcminə təsirindən danışarkən deyib:

"Ekspert bildirib ki, Azərbaycanda depozitlərə təklif olunan vergi depozit gəlirlərinin 10 faizi civarındadır. Yəni siz il ərzində 1000 manat depozit gəliri götürürsünüzsə, 100 manat gəlir ödəmək məcburiyyətiniz var".

Natiq Cəfərlinin sözlərinə görə, bu vergilər manatla qoyulan depozitlərə təsir etməsə də, xarici valyuta ilə qoyulan depozitlərin azlamasına səbəb olacaq:

"Çünki bu valyutaların gəlir faizi çox aşağıdır. Təqribən 1.5-2 faiz civarındadır. Və bu 2 faizə gələn gəlir çox aşağı olur. Məsələn, kiminsə 10 min dollar əmanəti varsa, o, ildə cəmi 200 dollar gəlir götürür. Əmanət sahinin gəlirindən 10 faiz, yəni 20 dollarını vergi kimi vermək məcburiyyəti yaranacaq".

Natiq Cəfərli bildirib ki, xarici valyuta depoziti olan şəxslər depozitlərini geri çəkə bilərlər ki, bu da bank sektorunda müəyyən gərginliklərə səbəb olar.

  • Əvvəlki

    'Bayden böyük qumar oynadı' - Kiyev səfərinin pərdəarxası

Digər xəbərlər