USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Vətəndaşlar da öz hüquqlarını bilməlidir” - Ramil Osmanlı plana düşən evlərdən danışdı

21.02.2023 İqtisadiyyat
18 3
“Ümumiyyətlə hesab edirəm ki, bu istiqamətdə vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Çünki vətəndaşlar da öz hüquqlarını bilməlidir”

"Kommersant.az" xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı plana düşən evlər, onlara görə ödənilən kompensasiyalar və hökumətin bununla bağlı görəcəyi işlərdən danışarkən deyib.

Ekspert bildirib ki, vətəndaşların bu hüquqları da konstitusion hüquqla tənzimlənir:

“Konstitusuion hüquq əlahiddə hüquqdur. Bu hüquqlara müdaxilə Azərbaycan Respublikası qanunvericiliyi ilə müdafiə olunur və hətta bu hüquqlara qanunsuz müdaxilə cinayət tərkibinə qədər gedib çıxır”.

Ramil Osmanlı hesab edir ki, sahibkar bir ərazidə yüz mülkiyyətçi olan ərazini almağa gəlir. Burada artıq dövlətin müəyyən etdiyi rəqəmin heç bir əhəmiyyəti qalmır.

Ekspert qeyd edib ki, bu məsələdə artıq vətəndaşın mülkiyyətində olan əmlakın hansısa investor, MTK tərəfindən alınmasından söhbət gedir. Bu ikitərəfli razılaşma əsasında olur.

Ramin Osmanlının sözlərinə görə, əgər vətəndaşlar desə ki, biz yaşadığımız ərazinin kvadrat metirini 2000 manatdan aşağı satmırıq, o zaman şirkət də təbii olaraq həmin əraziləri ala bilməyəcək:

"Amma belə baxırıq ki, əhalinin 90 faizi sahibkar gələn kimi onların təqdim etdiyi qiymətlə razılaşır, yerdə qalan 10 faiz isə başlayır tikinti şirkəti ilə mübarizəyə. Bu da təbii ki, onların maddi, hüquqi və s imkanlarından kənarda olur".

Ramil Osmanlı buna səbəb kimi hamının vəkil tutmağa, kifayət qədər təminatlı hüquqi müdafiə almağa imkanının olmamasını göstərib:

“Məsələn, hər yüz sakindən maksimum biri, ikisi, beşi bahalı hüquqi təminat ala, vəkil tuta, onunla müqavilə bağalaya bilir, bir neçə instansiyanı ardıcıl olaraq aparmaq imkanı olur. Amma əksəriyyətində bu imkan yoxdur. Ona görə də vətəndaşlar daha çox ilkin mərhələdə razılaşmağa üstünlük verirlər və bu da dediyimiz kimi mülkiyyətçinin təklif etdiyi qiymətin aşağı olmasına gətirib çıxarır. Tutaq ki, tikinti şirkəti bəzi ərazilərdə plana düşən evlər üçün vətəndaşa təmirli mənzilin bir kvadrat metri üçün 2000 manat təklif edir, amma daha sonra özü təmirsiz mənzilin kvadratını 2500-3000 manatdan satır. Burda da ədalətli prinsipləri pozulur”.