USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukrayna taxıl dəhlizinin genişləndirilməsi və uzadılmasına çalışacaq

22.02.2023 İqtisadiyyat
13 0
Bu həftə Ukrayna Türkiyə və BMT-dən Rusiyanın işğalına baxmayaraq, Qara dənizdəki bəzi limanlardan taxıl ixrac etməyə imkan verən müqavilənin bir il müddətinə uzadılması ilə bağlı danışıqlara başlamağı xahiş edəcək.

Ukraynanın yenidənqurma nazirinin müavini Yuri Vaskov "Reuters" agentliyinə bildirib ki, Kiyev Nikolaiv şəhərindəki limanların taxıl ixracına icazə verilən limanlar siyahısına əlavə edilməsini istəyəcək.

Dünyanın əsas taxıl ixracatçılarından biri olan Ukraynanın Rusiya donanması tərəfindən bloklanan bəzi limanlarından blokadanın götürülməsinə və ixracın bərpasına imkan verən müqavilə Türkiyə və BMT-nin vasitəçiliyi ilə ötən ilin iyulunda imzalanıb.

Hazırda üç limandan ixraca icazə verən müqavilə sonuncu dəfə noyabr ayında 120 gün müddətinə uzadılıb. Qeyd edək ki, taxıl dəhlizi müqaviləsi yenidən uzadılmasa, martın 18-də başa çatacaq.

"Bu həftə uzadılma işlərinin başlaması ilə bağlı rəsmi müraciət edəcəyik" deyən Vaskov, indiyə qədər Türkiyədə danışıqların nə vaxt başlayacağı ilə bağlı heç bir qərar verilmədiyini bildirmişdi.

  • Əvvəlki

    Fövqəladə vəziyyət dövründə işdən çıxarılma qadağandır

Digər xəbərlər

08.05.2024 İqtisadiyyat
Lirə ucuzlaşıb
0 0
07.05.2024 İqtisadiyyat
Apple M4 prosessorunu təqdim etdi
0 0