USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fövqəladə vəziyyət dövründə işdən çıxarılma qadağandır

22.02.2023 Digər
31 6
Zəlzələdən zərər çəkmiş və fövqəladə vəziyyətin tətbiq olunduğu 11 vilayətdə müəyyən şərtlərlə işdən çıxarılma və qısa müddətli iş müavinəti tətbiqlərinə qadağa qoyuldu. Zəlzələ zamanı iş yeri bağlı olan sığortalıya fövqəladə vəziyyət dövründə ayda 4 min lirə (360 AZN) maaş veriləcək. Fövqəladə vəziyyət dövründə işsiz olanlara gündəlik 133,44 TL (12 AZN) maaş veriləcək.

Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra çıxan fövqəladə hal qərarının ardından Prezident Fərmanlarına iş həyatı ilə bağlı müddəalar da daxil olmaqla yeni fərman əlavə edildi.

Pandemiya dövründə tətbiq edilən işdən çıxarılma qadağası, nağd əmək haqqı dəstəyi və qısamüddətli iş müavinəti kimi dəstəklər də fövqəladə vəziyyət dövründə tətbiq olunacaq.

Rəsmi Qəzetdə dərc olunan 125 saylı Prezidentin Fərmanına əsasən, fövqəladə vəziyyət dövründə zəlzələlərin təsirindən yaranan regional böhranla əlaqədar işəgötürənlər qısamüddətli iş müavinəti üçün Türkiyə İş Agentliyinə müraciət edə biləcək.

Fövqəladə vəziyyət dövründə əxlaq və xoşməramlılıq qaydalarına uyğun gəlməyən və bu kimi səbəblərdən başqa heç bir əmək və ya xidmət müqaviləsinə xitam verilə bilməz.

  • Əvvəlki

    Azərbaycanda bankların sayı iki dəfə azalacaq - ƏKRƏM HƏSƏNOV

Digər xəbərlər