USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran rialı rekord düşüşdə

28.02.2023 İqtisadiyyat
30 7
Amerikanın Fox Televiziyasının xəbərinə görə, İranın pul vahidi rial ötən bazar ABŞ dollarına nisbətdə rekord səviyyədə aşağı düşüb. Belə ki, bazar günü 1 dollar 600 min riyala alınıb.

Rial 2022-ci ilin sentyabrında Məhsa Əmini adlı iranlı qızın həbsdə ölməsindən sonra başlayan etirazlardan sonra sürətlə ucuzlaşır.

İnqilab Keşikçiləri Ordusunun AB-nin terrorçu siyahısına salınması tələbinin də yer aldığı qətnamə layihəsinin təsdiqindən sonra 29% dəyər itirən İran rialı yanvarın sonunda 448 min 750-yə satılıb. Qərbdə iqtisadi böhran "İran inqilabı bitdimi?" sualını gündəmə gətirib. Sistemin dəyişməsini istəyənlərin başında 1979-cu ildə devrilmiş Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi dayanır. Pəhləvi fevralın 18-də Münhendə azadlıqlarla bağlı iclasda iştirak edib.

  • Əvvəlki

    Hər kəs Naxçıvanla bağlı fikir bildirməkdən - ÇƏKİNİR

Digər xəbərlər