USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nyu-York birjasında 'iflas'

10.03.2023 İqtisadiyyat
0 0
Nyu-York birjası həftənin son ticarət gününü Silikon Vadisi Bankının (SVB) iflasından sonra düşüşlə bağlayıb.

Kapanışda Dow Jones indeksi 340 bənddən çox dəyər itirərək 1,07 faiz azalaraq 31 909,64 bənd təşkil edib. S&P 500 indeksi 1,44 faiz azalaraq 3 861,73 bənd, Nasdaq indeksi isə 1,76 faiz azalaraq 11 138,89 bənd olub.

ABŞ-da SVB ilə bağlı inkişaflar bank sektoru ilə bağlı narahatlıqları artırdığından, səhm bazarları mənfi istiqamətə gedib. ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) istiqraz mövqeyini təxminən 1,8 milyard dollar itki ilə bağlayan və 2 milyard dollardan çox kapital cəlb edəcəyini elan etdikdən sonra səhmləri kəskin ucuzlaşan SVB-yə qəyyum təyin etdi.

SVB-nin iflası 2008-ci il qlobal maliyyə böhranından sonra ABŞ-da qeydə alınan ən böyük iflaslardan biri idi.

ABŞ Maliyyə Naziri Janet Yellen də SVB ətrafında baş verənləri müzakirə etmək üçün maliyyə sistemi tənzimləyicilərinin rəsmiləri ilə görüşüb. Məlumata görə, Yellen zəng zamanı bank tənzimləyicilərinin məsələ ilə bağlı müvafiq tədbirlər görəcəyinə, bank sisteminin dayanıqlı qalacağına və tənzimləyicilərin bu kimi hadisələri həll etmək üçün təsirli vasitələrə malik olduğuna tam əmin olduğunu bildirib.

Makroiqtisadi məlumatlar tərəfində, ABŞ-da kənd təsərrüfatı xaricində məşğulluq fevral ayında gözləntiləri aşaraq 311 min artarkən, işsizlik nisbəti 3,4 faizdən 3,6 faizə yüksəlib.

Fed-in yaxından izlədiyi orta saatlıq qazanc eyni dövrdə 0,2 faiz artaraq 33,09 dollara çatıb. Bazar gözləntiləri, yanvar ayında olduğu kimi sözügedən dövrdə orta saatlıq qazancın yüzdə 0,3 artması idi.

Analitiklər bildiriblər ki, maaşların aşağı səviyyədə gözlənilən artımı FED-in faiz artımı ilə bağlı aqressiv mövqeyinə yenidən baxmasına səbəb ola bilər.

Məşğulluq məlumatlarından sonra FED-in bu ay olan iclasda pul bazarlarında qiymət artımı ilə bağlı 50 baz bəndlik faiz artımı gözləntiləri yüzdə 38-ə enərkən, 25 bazlıq faiz artımı ehtimalı isə yüzdə 62-yə yüksəldi.

  • Əvvəlki

    “ExpressBank” likvidlik qəpi mənfi 124 milyon manatı ötüb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0