Dünyaca məşhur restoran şəbəkələrindən biri olan McDonald's-ın ABŞ-da işçilərini ixtisar etməyə hazırlaşdığı və bu səbəbdən ölkədəki ofislərini müvəqqəti bağladığı bildirilib.
Belə ki, Çikaqoda yerləşən sürətli xidmət restoran şəbəkəsinin keçən həftə işçilərinə bazar ertəsindən etibarən evdən işləmələrini xahiş edən bir e-poçt göndərdiyi bildirilib.
Xəbərdə şirkətin işçilərindən satıcılarla və bütün digər üzbəüz görüşləri ləğv etmələrini xahiş etdiyi bildirilib.
Bununla belə, sözügedən elektron poçtda aprelin 3-də başlayacaq həftədə şirkət miqyasında vəzifələr və kadrlarla bağlı mühüm qərarların bildiriləcəyi, lakin neçə nəfərin işdən çıxarılacağı ilə bağlı məlumat verilmədiyi bildirilib.
Xatırladaq ki, McDonald's-ın baş direktoru Chris Kempczinski yanvar ayında verdiyi açıqlamada şirkətin bəzi işçilərinin ixtisar edilməsinin planlaşdırıldığını bildirmişdi.