USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İnvest-Az”ın xərcləri gəlirlərindən daha çox artıb - MƏNFƏƏTİ AZALIB

03.04.2023 İqtisadiyyat
19 32
“İnvest-Az”ın əməliyyat mənfəəti 40,16 faiz azalıb.

“İnvest-Az”ın marja ticarətindən xalis gəliri 1 il ərzində 926 min manat və ya 24,73 faiz artaraq 4 milyon 672 min manata yüksəlib. Broker və digər komissiya gəlirləri 62 min manat və ya 20,5 faiz azalaraq 242 min manata düşüb. Şirkətin tədris xidmətlər üzrə gəlirləri isə 8 min manat və ya 47,14 faiz artaraq 27 min manata yüksəlib. Şirkətin divident gəlirləri isə 297 manat azalaraq 17 min manata enib. Nəticədə “İnvest-Az”ın cəmi gəlirləri 872 min manat və ya 21,35 faiz artaraq 4 milyon 960 min manata yüksəlib.

Şirkətin xərcləri gəlirinə görə daha çox artıb. Belə ki, inzibati və digər əməliyyat xərcləri 1 milyon 189 min manat və ya 52 faiz artaraq 3 milyon 473 min manata çatıb. Şirkətin haqq və komissiya xərcləri 15 min manat və ya 5,92 faiz azalaraq 247 min manata enib. “İnvest-Az”ın faiz xərcləri isə 271 min manat və ya 2 dəfədən çox artaraq 387 min manata yüksəlib. Buna görə də şirkətin cəmi xərcləri 1 milyon 445 min manat və ya 54,27 faiz artaraq 4 milyon 108 min manata bərabərləşib.

  • Əvvəlki

    İcra başçısı plastik əməliyyat etdirdi - 80 kq arıqladı

Digər xəbərlər