USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft əməliyyatının arxasında hansı ölkələr dayanır?

04.04.2023 İqtisadiyyat
18 5
OPEC+ ölkələri may ayından etibarən gündəlik neft hasilatını 1 milyon bareldən çox azaltmaq qərarına gəldi və neftin qiyməti yüksəlib. Enerji mütəxəssisləri ABŞ-a qarşı bu addımı belə qiymətləndirib: “Əməliyyatın arxasında Səudiyyə Ərəbistanı və Rusiya dayanır".

Kommersant.az xəbər verir ki, Rusiya neft hasilatını gündəlik 500 min barel azaldacağını açıqlayıb.

Bu qərarlarla OPEC+ ölkələri may ayından etibarən gündəlik hasilatını 1 milyon bareldən çox azaldacaq. Xatırladaq ki, OPEC+ ölkələri 2022-ci il oktyabrın 5-də keçirilən iclasda 2022-ci ilin noyabrından gündəlik neft hasilatını 2 milyon barel azaltmaq qərarına gəlib. OPEC+ üzvü olan ölkələr bu barədə bazar günü axşam OPEC-in Bazar Monitorinq Komitəsinin dünən keçirilən iclasından əvvəl açıqlama verib.