USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda niyə qiymətli kağızlar bazarı yoxdu? - Ekspert səbəbləri açıqladı

04.04.2023 İqtisadiyyat
35 7
“Fond birjaları bizim kimi kiçik ölkələrdə adətən elə bir dənə olur, amma qanunla bir neçə dənə olmasında məhdudiyyət yoxdu.

Bu sözləri Kommersant.az -a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Azərbaycanda bir fond birjası olmasının səbəblərindən danışarkən deyib.

Ekspert qeyd edib ki biz həm də düşünməliyik ki, bu mövcud fond birjasının nəsə real bir işi olub-olmadığını düşünməliyik.

Bunun da bir neçə səbəbi var:

“Fond birjası qiymətli kağızların birjasıdır, Azərbaycanda da qiymətli

kağızlar bazarı demək olar yoxdur. Yəni, ona görədə hələ, yaxşı ki, elə birdənə fond birjamız var”.

Azərbaycanda niyə qiymətli kağızlar bazarı yoxdur sualına ekspert cavab olaraq bildirb ki, çünki bu sahədə şəffaflıq yoxdur:

“Yəni Azərbaycanda iqtisadiyyat qeyri şəffafdı. Qiymətli kağızları şirkətlər özü buraxır. Onlarada etimad olmalıdır. Məsələn, mən gedib hansısa bir şirkətin səhmini, istiqrazını alanda əmin olmalıyam ki, pulum batmayacaq. Pulum orda düzgün idarə olunur. Buda həmin şirkətin

maliyyə hesabatına bağlı bir şeydi. Bizədə şirkətlərin ya maliyə hesabatı saxtadır, təhrif olunur, həqiqəti

əks etdirmir”.

Əkrəm Həsənov onu da əlavə edib ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi böyükdür, maliyyə hesabatlılığı çox yerdə düzgün deyil:

“Buna görə də onlara etimad yoxdur, nəticədə də ölkədə qiymətli kağızlar bazarı demək olarki yoxdur”.

  • Əvvəlki

    Yanlış reklam siyasətinin iqtisadiyyata vurduğu ZƏRBƏ - “ADRA-nın səhv qərarları...”

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0