USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstehlakçılar inflyasiya mövzusunda optimistdir - AMB

04.04.2023 İqtisadiyyat
23 6
Avropa Mərkəzi Bankının (ECB) İstehlakçı Gözləntiləri Araşdırmasına görə, Avrozonada istehlakçılar qarşıdakı aylarda aşağı inflyasiya və daha çox iqtisadi artım gözləyir. Avro zonasında istehlakçıların inflyasiya gözləntiləri 12 ay ərzində 4,9 faizdən 4,6 faizə enib.

Kommersant.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) 2023-cü ilin fevral ayı üçün istehlakçıların gözləntiləri sorğusunun nəticələrini açıqlayıb. Buna görə Avro Bölgəsində istehlakçıların 12 aylıq ortalama inflyasiya gözləntisi yüzdə 4,9-dan yüzdə 4,6-ya enib. İstehlakçıların növbəti 3 il üçün inflyasiya gözləntiləri də 2,5 faizdən 2,4 faizə düşüb.

Maraqlıdır ki, regionda istehlakçıların iqtisadi artım gözləntiləri əvvəlki ayla müqayisədə daha optimist olduğu halda, yanvar ayında mənfi 1,2 faiz olan növbəti 12 ay üçün iqtisadi artım gözləntiləri mənfi 0,9 faizə yüksəlib.

İstehlakçılar növbəti 12 ay ərzində işsizliyin orta hesabla 11,5 faiz olacağını düşünür. Yanvar ayında bu nisbət yüzdə 11,6 olaraq proqnozlaşdırılmışdı.

Qeyd edək ki, AMB İstehlakçı Gözləntiləri Sorğusu aylıq dərc olunur. Sorğu Avrozona ÜDM-nin təxminən 85 faizini təşkil edən Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya və Belçikadan olan 14 minə yaxın insanla aparılıb.

  • Əvvəlki

    Deputat: “İran Naxçıvana yaxın yerlərə qoşun yığıb"

Digər xəbərlər

13.05.2024 İqtisadiyyat
Yapon Yeninin taleyi FED-in əlindədirmi?
0 0
13.05.2024 İqtisadiyyat
Çinin avtomobil ixracı 34 faiz artıb
0 0
13.05.2024 İqtisadiyyat
Neftin qiyməti qalxır
0 0