USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat: “İran Naxçıvana yaxın yerlərə qoşun yığıb"

04.04.2023 Siyasət
3 18
“İranın nə əqidəsi, nə inancı, nə də inamı var. Burada oturanlar isə əqidəli, inanclı və inamlı insanlardır”.

Kommersant.az xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin iclasında deyib.

Deputat qeyd edib ki, İranla sərhəddə İrana qarşı da vuruşa bilərik: “İran dövləti Naxçıvan ərazisinə yaxın yerlərə qoşun yığıb, orada döyüşməyə də hazırıq.

Azərbaycan 90-cı ilin Azərbaycanı deyil. Bu gün Azərbaycan güclü dövlətdir, güclü rəhbəri və komandası var. İranın əlaltılarına da xəbərdarlıq edirəm ki, özlərini yığışdırsınlar. Bizim də kifayət qədər gücümüz və qüvvəmiz var”.