USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya milyarderlərinin siyahısı açıqlanıb

05.04.2023 İqtisadiyyat
43 18
Amerika biznes jurnalı Forbes 2023-cü il Milyarderlər Siyahısını dərc edib. Bu il siyahıda olanların sayı 2640 nəfərə enib. Milyarderlərin ümumi sərvəti 500 milyard dollar azalaraq 12,2 trilyon dollara düşüb. Bu il Milyarderlər siyahısına Türkiyədən 26 ad daxil olub. Ən zəngin ad isə Erdemoğlu Holdinqin İdarə Heyətinin sədri İbrahim Erdemoğlu olub.

Kommersant.az xəbər verir ki, Forbes-in bu il 37-ci dəfə dərc etdiyi Milyarderlər Siyahısına görə, dünya üzrə milyarderlərin sayı əvvəlki illə müqayisədə 28 nəfər azalaraq 2640-a düşüb və ardıcıl ikinci azalma qeydə alınıb.

İqtisadi təlatüm dövlət və özəl sektoru vurduqca milyarderlərin sərvəti 500 milyard dollar azalaraq 12,2 trilyon dollara enib.

Ötən il Twitter-i yüksək qiymətə aldıqdan sonra sahibi olduğu Tesla şirkətinin səhmləri düşən İlon Mask milyarderlər siyahısında 2-ci yerdə qərarlaşıb. Maskın sərvəti keçən illə müqayisədə 39 milyard dollar azalaraq təxminən 180 milyard dollar olaraq hesablanıb.

Lüks mallar nəhəngi LVMH-nin sədri Bernard Arnault 211 milyard dollar sərvətlə siyahıya başçılıq edir. Beləliklə, ilk dəfə olaraq siyahının başında Fransa vətəndaşı olub.

  • Əvvəlki

    Nazir “o yeniyetmə ruhi xəstə deyil” deyən baş həkimi işdən çıxardı

Digər xəbərlər

16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0
16.05.2024 İqtisadiyyat
Çinin qlobal ticarətə təsiri
0 0