USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zara mağazaları Rusiyada yeni adla fəaliyyətə başlayır

05.04.2023 İqtisadiyyat
14 35
Rusiyada keçmiş Zara-nın yeni adlı mağazaları yazın sonuna qədər açılacaq.

Kommersant.az xəbər verir ki, Zara-nın bütün mağazaları, eləcə də əvvəllər İspaniyanın Rusiyadakı Inditex qrupuna məxsus olan digər satış məntəqələri yazın sonuna qədər ölkədə yeni rəhbərlik və adlar altında fəaliyyətə başlayacaq. Bu barədə dövlət katibi - sənaye nazirinin müavini və Rusiya Federasiyasının ticarət şöbəsinin müdiri Viktor Evtuxov bildirib:

"Aprel-may aylarında açılacaq bütün mağazalar hazırdır. Artıq yeni etiketli kolleksiyalar tikilərək Rusiyaya gətirilib".

Bildirilir ki, Inditex hazırda ölkədə mövcud olan bütün pərakəndə satış sahələrini yeni sahiblərinə verir. Mağazalar yeni adlar altında açılacaq: MAAG, DUB, ECRU, VILET.

  • Əvvəlki

    Prezident Muxtar Babayevlə bağlı sərəncam imzaladı

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0