USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət başçısından Tarif Şurası ilə bağlı - FƏRMAN

07.04.2023 İqtisadiyyat
20 3
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi genişləndirilib.

Kommersant.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliklə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi”nin “Şuranın üzvləri” hissəsinə Dövlət Statistika Komitəsi sədrinin müavini və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri əlavə olunub.

Digər bir dəyişikliklə isə Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq.

  • Əvvəlki

    İlham Əliyev Anar Hüseynovla bağlı sərəncam imzaladı

Digər xəbərlər

16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0
16.05.2024 İqtisadiyyat
Çinin qlobal ticarətə təsiri
0 0