USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qızıl qiymətlərinə təzyiq

10.04.2023 İqtisadiyyat
17 33
ABŞ-ın əkinçilikdən kənar məşğulluq məlumatlarından sonra qlobal bazarlarda FED-in faiz siyasətinin qiymətləri yenidən dəyişsə də, qızıl qiymətləri təzyiq altında qaldı. Bazarlar ABŞ-ın çərşənbə günü açıqlanacaq inflyasiya məlumatlarına fokuslanıb.

Kommersant.az xəbər verir ki, ABŞ-da pul siyasəti ilə bağlı qeyri-müəyyənliklər artsa da, açıqlanacaq inflyasiya məlumatlarının bazar gözləntilərinə təsir edəcəyi gözlənilir. Pul bazarlarında gözləntilər FED-in gələn ay faizləri 64 faiz ehtimalla 25 bənd artıracağı yönündədir.

Qeyd edək ki, qızılın unsiya qiyməti bu gün 2006 dollara qədər bahalaşdığı halda, saat 12:00-a olan məlumata görə 0,52 faiz ucuzlaşaraq 1997 dollardan satılır.