USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bu hissələrdə seysmik aktivlik bir qədər yuxarıdır" - RAMİL OSMANLI - ƏHMƏDLİ, BAYIL...

10.04.2023 İqtisadiyyat
22 2
Son günlərin müzakirə mövzusu olan Kristal Abşeronun binasının əyilməsi məsələsindən sonra vətəndaşları belə bir sual düşündürür ki, Bakının hansı ərazilərində belə təhlükəli binalar var?

Kommersant.az xəbər verir ki, məsləni əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı ilə müzakirə edib.

Ekspert bildirb ki, doğrudur, Bakının bir çox ərazilərində seysmik aktivlik göstəriciləri yuxarıdır. Lakin bu ərazilərdə qəzalı binaların olub olmadığını ancaq Fövqəladə Hallar Nazirliyi daha dəqiq deyə bilər.

Bəs bu seysmik ərazilər Bakının hansı tərəfidir sualına Ramil Osmanlı cavab olaraq bildirib ki, "Bu ərazilərə müxtəlif istiqamətlər daxildir. Məslən, Əhmədlidə Gəncə prospektinin qurtaracağı, Bayıl yamacı, Badamdarın bir hissəsi... Bu hissələrdə seysmik aktivlik bir qədər yuxarıdır".