USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bu, Azərbaycan üzərindən daşınan yüklərin həcmini 30 faizdən çox artıracaq" - MİLLƏT VƏKİLİ

11.04.2023 İqtisadiyyat
21 13
"Orta Dəhlizin, eləcə də Qərb-Şərq nəqliyyat dəhlizinin reallaşması üçün hər iki ölkə - Qazaxıstan və Azərbaycanda infrastrukturun genişləndirilməsi ilə bağlı investisiya qoyulmasının həcmində artım var".

Kommersant.az xəbər verir ki,bunuMilli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin dünən Qazaxıstanda çıxışı zamanı qeyd etdiyi "Orta Dəhliz vasitəsilə artıq bütün infrastrukturları tam birləşdiririk. Təkcə tranzit deyi, bütün sahələrdə biznesin inkişafında mühüm əhəmiyyət daşıyacaq” fikirlərini şərh edərkən bildirib.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycan və Qazaxıstan regional nəqliyyat dəhlizinin reallaşmasında əməkdaşlıq edən ölkələrdəndir:

“Bir tərəfdən Bakıda inşa edilən Ələt limanı bütünlükdə Xəzər dənizinin ən böyük limanıdır. Eyni zamanda Qazaxıstan tərəfdən infrastrukturun inkişaf etdirilməsi hər iki ölkədə - Azərbaycan və Qazaxıstanda Ro-Ro terminalının istifadə olunması həm də Orta Dəhliz vasitəsilə daşına yüklərdə xərcin və zamanın azaldılmasına imkan yaradıb. Ona görə də iki ölkə arasındakı əməkdaşlıq bütünlükdə regional nəqliyyat dəhlizinin reallaşmasına xüsusi töhvə verir”.

Deputat qeyd edib ki, bu əməkdaşlıq ölkələrin beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin çoxalmasına şərait yaradır:

“Nəzərə alsaq ki, həm Qazaxıstan, həm də Azərbaycan enerjidən kənar sektorun inkişafı ilə bağlı sistemli fəaliyyətlər həyata keçirir. Beynəlxalq yük daşımalar qeyri-neft sektorunda aparıcı sahələrdən birinə çevrilməkdədir. Bu baxımdan Qazaxıstanla Azərbaycan arasındakı əməkdaşlıq regionun inkişafına töhvə verməklə, hər iki ölkənin beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirlərin həcminin kəskin artmasına gətirib çıxarır ki, artıq biz 2022-ci ildə hər iki ölkənin üzərindən daşınan yüklərin həcmində artım müşahidə etmişik. Azərbaycan üzərindən daşınan yüklərin həcmində 30 faizdən çox artım qeydə alınıb. Bu da qarşılıqlı əməkdaşlıq və infrastrukturun inkişaf etdirlməsi ilə bağlıdır”.

  • Əvvəlki

    “Elektroenergetika haqqında” yeni qanun - QƏBUL EDİLDİ

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0