USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaponiyada korporativ iflaslar artır

14.04.2023 İqtisadiyyat
14 6
Kredit araşdırma firması Teikoku Databank, ən azı 10 milyon yen (76 min dollar) borcu olan korporativ firmaların işini araşdırdı.

Kommersant.az xəbər verir ki, araşdırmada Yaponiyada 6 min 799 korporativ şirkətin 2022-ci ilin aprelindən 2023-cü ilin martına qədər ləğv prosedurlarına başladığı ortaya çıxıb. Bu rəqəm əvvəlki maliyyə ili ilə müqayisədə 883 ədəd artıb.

Araşdırmada iflas səbəbləri arasında xammal xərclərinin artması və enerji xərclərinin artması ən çox diqqəti cəlb edən səbəblər olub.

COVID-19 ilə mübarizə çərçivəsində şirkətlərə verilən kreditlərin ödənilməməsinin iflaslarda da təsirli olduğu vurğulanıb.