USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu analizlər ona görə Türkiyəyə göndərilir ki... - Həkim səbəbələri açıqladı

14.04.2023 İqtisadiyyat
18 4
“Bəzi genetik analizlərin nəticələrini çıxaran aparatlar və reaktivlər çox bahadır. Bizdə bu analizlərə tələbat az olduğuna görə, özəl klinikalar həm aparatını, həm reaktivlərini ölkyə gətirməyə maraqlı deyillər. Buna görə də elə bu analizləri Türkiyəyə göndərirlər”.

Bunu Kommersnat.az-a infeksionist-hepatoloq Mərdan Əliyev ölkənin bəzi özəl klinikalarında verilən analizlərin cavabının Türkiyədən gəlmə səbəblərini şərh edərkən bildirib.

Həkim qeyd edib ki, hətta genetik olmayan bəzi analizlər də var ki, onlar da nəticələrinin öyrənilməsi üçün Türkiyəyə göndərilir:

“Hətta 5-6 il bundan əvvəl daha çox analizlər, hətta hepatitlərlə bağlı analizlər də Türkiyəyə göndərilirdi”.

Həmsöhbətimizin sözlərinə görə, bu analizlərə tələbat az olduğuna görə, özəl klinikalar həm aparatını, həm reaktivlərini ölkyə gətirməyə maraqlı deyillər:

“ Buna görə də elə bu analizləri Türkiyəyə göndəririlər. Lakin hamsıı göndərilmir, bizdə genetik laboratoriyalar da var, özümüz də bu analizlər gedir”.

Həkim onu da əlavə edib ki, əgər bu analizlərə dövlət səviyyəsində təlabat varsa, dövlət xəstəxanalarında bu analizlər aparılmalıdır.

“Buna görə də həmin analizlərin nəticələrini açıqlayan aparat və reaktivlərin Azərbaycanda olması məqsədə uyğundur”.

  • Əvvəlki

    "Suraxanı İcra Hakimiyyətinə pul verib buranı tikirəm..." - İcra başçısının saxtakarlığı üzə çıxdı

Digər xəbərlər