USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə liderliyini Çinə verdi

17.04.2023 İqtisadiyyat
21 29
Türkiyə “Avropanın ən çox avtomobil idxal etdiyi ölkə” adını itirərək yerini Çinə verdi. Çinin Avropaya avtomobil ixracı bir il ərzində iki dəfədən çox artıb.

Kommersant.az xəbər verir ki, eyni dövrdə Türkiyənin Avropaya ixracatı da dayandı. OSD prezidenti Cengiz Eroldu, Türk avtomobil sənayesinin qlobal rəqabət qabiliyyətini bərpa etmək üçün addımlar atması lazım olduğunu ifadə edərək, "Ölkənin sənaye siyasətini satış, istehsal, təşviqlər və vergilərlə birlikdə yenidən hərtərəfli nəzərdən keçirmək lazımdır" dedi.

Avtomobil Sənayesi Dərnəyinin (OSD) sədri Cengiz Eroldu, keçən həftə İstanbulda təşkil edilən mətbuat konfransında avtomobil sənayesinin ilk rüb nəticələrini açıqladı və sektorla bağlı əhəmiyyətli qiymətləndirmələr etdi. Eroldu, avtomobil istehsalçılarının birinci rübdə istehsalını və ixracatını artırmasına baxmayaraq, sektorun qlobal rəqabət qabiliyyətindəki itkilərə diqqət çəkdi.