USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Amazonun işçiləri aksiya keçirir

17.04.2023 İqtisadiyyat
26 7
İspaniyanın Sevilla şəhərində ABŞ-da fəaliyyət göstərən e-ticarət şirkəti Amazon-un anbarında çalışan 1500-ə yaxın işçi iş şəraitinə etiraz olaraq aksiya keçirib.

Kommersant.az xəbər verir ki, Sevilyanın Dos Hermanos səmtində Amazonun böyük logistika anbarında çalışan işçilərə bağlı olan Ümumi İşçilər İttifaqı (UGT), sağlamlıq, iş və maaş şərtlərinin düzgün olmadığı səbəbiylə tətilə başladıqlarını açıqlayıb.

UGT bəyan edib ki, Amazon şirkəti Sevilyadakı anbarında bazar və bayram günlərində işləmək üçün birtərəfli qaydada əlavə iş saatını dəyişib və bunun nəticəsində işçilər ildə 2000 avro itki verib.

İspaniyadakı anbarlarında 20 minə yaxın işçisi olan Amazon, 2025-ci ilin sonuna qədər bu ölkədəki işçilərin sayını 25 minə çatdırmağı planlaşdırır.

  • Əvvəlki

    Türkiyə liderliyini Çinə verdi

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0