USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Müharibə bitməsə, dünyanı ciddi taxıl böhranı gözləyəcək" - Pərviz Heydərov

17.04.2023 İqtisadiyyat
11 29
Rusiya Qara dəniz taxıl sazişinin mayın 18-dən sonra uzadılmayacağını bildirib. Bununla bağlı Rusiya XİN məlumat yayıb. Məlumatda qeyd olunub ki, beş sistemli problemin həllində irəliləyiş olmadan mayın 18-dən sonra Qara dəniz təşəbbüsünün daha da genişləndirilməsindən danışmağa ehtiyac yoxdur. Hələ Rusiya-Ukrayana müharibəsinin başlanan ilk vaxtda dünyanı taxıl böhranı bürüdü, un və un məhsullarının qiyməti bahalaşdı. Lakin daha sonra Türkiyə vasitəsilə əldə olunan razılıqdan sonra Ukrayna taxılı Qara dəniz vasitəsi ilə daşınmağa başladı. İndi yenidən, Rusiya bu anlaşmanı uzatmayacağı təqdirdə dünya taxıl bazarında nə baş verəcək?

Kommersant.az məsələni iqtisadçı Pərviz Heydərovla müzakirə edib. Pərviz Heydərov bildirib ki, indi vəziyyət başqadır. Anbarlarda qalan son taxıl da bitəndən, anbarlar boşalandan sonra anbarları dolduracaq istehsal olmadığına görə, bu sazişin özü hətta dayandırlmasa belə, müharibə davam etdirilsə, bu ilin axırına, gələn ilə dünyada qlobal miqyasda taxıl böhranının ortaya çıxması qaçılmaz olacaq:

“İki ölkə arasında bir ildən çoxdur ki, müharibə gedir. Bu o deməkdir ki, Ukraynada anbarlardakı taxıl artıq minumuma enib, əlavə olaraq bu ölkələrdə müharibə vəziyyəti ilə bağlı olaraq, əvvəlki kimi taxıl istehsal olunmayıb”.

İqtisadçı qeyd edib ki, keçən ilin ortalarında Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra dünyanın taxıl bazarında ajiotaj başladı:

“Bu ajiotaj nəticəsində bir çox ölkələrdə taxıl bahalaşdı. İdxal-ixrac əməliyyatlarında ciddi xaotik vəziyyət yarandı. Əgər Türkiyənin vasitəçiliyi ilə saziş əldə olunmasa idi, həmin proses getdikcə daha dərinləşəcəkdi, nəticədə dünyada taxıl sarıdan çox ciddi böhranlı bir vəziyyət ortaya çıxacaqdı. Ona görə ki, müharibə aparan bu iki ölkə dünyada ən çox taxıl istehsal və ixrac edən ölkələrdir. Ukrayna dünyada dördüncü ölkədir ki, ən çox taxıl ixrac edir”.

Pərviz Heydərovun sözlərinə görə, bu saziş ləğv oluna, Rusiya yenidən əvvəlki dönəmə qayıdarsa, eyni vəziyyət yenidən baş verəcək və bu dəfə problem daha ciddi şəkildə üzə çıxacaq:

“Çünki həmin saziş Ukraynada anbarlarda qalan taxılların Qara dəniz yolu ilə satışına imkan yaratmışdı”.

Pərviz Heydərov əlavə edib ki, bu iki ölkənin müharibə etməsi istənilən halda dünyada taxıl böhranının meydana çıxmasına şərait yaratmalı idi və elə yaratmışdı:

“Bu vəziyyət Türkiyənin dəstəyi ilə aradan götürüldü. Hətta son aylarda Azərbaycanın özündə də xüsusi ilə unun qiymətində cuzi ucuzlaşmada qeydə alındı”.

  • Əvvəlki

    Amazonun işçiləri aksiya keçirir

Digər xəbərlər