USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Beynəlxalq valyuta statusu qiymətləndirilməlidir" - Laqard

18.04.2023 İqtisadiyyat
12 26
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Amerikanın Xarici Əlaqələr Şurasında (CFR) etdiyi çıxışda qlobal dəyər zəncirlərinin Soyuq Müharibədən sonra inkişaf edən beynəlxalq qurumların və ticarətin təsiri ilə dərinləşdiyini bildirib.

Kommersant.az xəbər verir ki, Laqard, "Ancaq bu nisbi sabitlik dövrü indi yerini daha aşağı böyümə, daha yüksək xərclərlə nəticələnən daimi qeyri-sabitliyə verə bilər" dedi.

Laqard bunun Avropanın enerji böhranında da müşahidə edildiyini və ABŞ-ın ən azı 14 kritik mineralda tamamilə idxaldan, Avropanın isə nadir torpaq elementləri tədarükünün 98 faizində Çindən asılı olduğunu bildirib.

Bu sahələrdə tədarükün kəsilməsinin avtomobil sənayesi və elektrik avtomobil istehsalı kimi kritik sektorlara təsir edə biləcəyini qeyd edən Laqard, hökumətlərin buna cavab olaraq addımlar atdığını xatırladıb.

“Strateji muxtariyyət” çərçivəsində atılan bu addımların qlobal iqtisadiyyatda parçalanmağı sürətləndirə biləcəyini ifadə edən Laqard bunun mərkəzi banklar üçün də mümkün təsirlərinin ola biləcəyini bildirib.